Nazirliklər ərzaq məhsullarının bahalaşmasına münasibət bildirib
8 Aprel 2019 15:44 SosialSon vaxtlarda daxili bazarda kartof, soğan və kələmin qiymətində baş verən ciddi artımla bağlı rəsmi məlumat yayılıb.
İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərindən daxil olan birgə məlumata görə, bununla əlaqədar, Nazirlər Kabinetinin 5 aprel 2019-cu il tarixli qərarı ilə beynəlxalq təcrübəyə uyğun olaraq, həmin məhsulların istehsal mövsümü də nəzərə alınmaqla, kartofun ixracına bu ilin 30 aprelinədək, soğan və kələmin ixracına isə 31 may tarixinədək ixrac rüsumunun tətbiqinə başlanıb, habelə soğanın idxalına tətbiq olunan spesifik rüsum həmin müddətədək ləğv edilib.
Atılmış bu addım daxili bazarda qiymət sabitliyinin təmin olunmasına, ölkə əhalisinin bu məhsullara olan tələbatının daha dolğun ödənilməsinə xidmət edir.
Sahibkarların məhsullarının satışında yarana biləcək çətinliklərin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görüləcək.