Sevda izləyicisinə qarğış etdi: "Allah başını dərdlə qatsın"

Müğənni Sevda Sanəliyeva fotoşoplu şəklini İnstaqram səhifəsində paylaşıb. 

Axşam.az-ın məlumatına görə, sənətçi şəklə "Fotoşopa gəl" şərhini yazıb. Şəklin təbii olmadığını vurğulasa da, izləyiciləri Sevdanın ünvanına tənqidlər yazıblar. Fotoşoplu şəkli başına bəla olan Sanəliyeva onu tənqid edənlərə qarğış yağdırıb. O, dodağını çox yekəltməsinə irad tutan izləyiciyə bunları yazıb:

"Bu ağızdan çıxan dualarımı Allah hər zaman qəbul edib. Sənlə bağlı da duam budur: Allah başını dərd verib dərdinlə qatsın. Kimisə Allahın verdiyi görünüşə görə təhqir edəndə anlayasan ki, yaradanın yaratdığına söz demisən. Yəqin sizdə ağız başqa işləri də vəzifə edir özünə".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31