Almaniyanın “Deutsche Welle” xəbər portalı 10 ən qeyri-ciddi liderlərdən ibarət siyahı hazırlayıb

Siyahının ilk pilləsində Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zeliniski yer alıb. O, prezidentliyə namizədliyini verməzdən öncə "Servants of People" adlı məşhur televiziya layihəsində aktyor olaraq fəaliyyət göstərib. Layihədə tarix müəllimi obrazı ilə yaddaşlarda qalan Zeliniski indi siyasi fəaliyyəti ilə diqqətləri cəlb edib.

İkinci yerdə 1981-1989-cu illərdə ABŞ-ın prezidenti olan Ronald Reyqan gəlir. Reyqan siyasi fəaliyyətlə məşğul olmazdan əvvəl akytor kimi çıxış edib. Bununla belə prezident vəzifəsi onun siyasi arenada ilk addımı olmayıb. Bundan əvvəl Reyqan 1969-1975-ci illərdə Kaliforniyanın qubernatoru olaraq çalışıb.

80-ci illərdə "Şirin Miki" ləqəbi ilə tanınan musiqiçi Maykl Martelli qalmaqallı səhnə fəaliyyətindən sonra 2011-ci ildən 2016-cı ilə qədər Haitinin prezidenti olub.

1-ci Dünya müharibəsi illərində virtuoz pianoçu bəstəkar İqnasi Yan Paderevski Polşanın baş naziri və xarici işlər naziri vəzifəsində rəhbərlik edib. O, Versal müqaviləsini imzalayan şəxslərdən olaraq adını tarixə yazdırıb.

Hazırki Pakistanın baş naziri İmran Xan 1992-ci ildə Kriket komandasının kapitanı olaraq meydanda olub və həmin il keçirilən Dünya Çempionatının qalibi olub. 2018-ci il baş tutan seçkilərdə onun rəhbərlik etdiyi Ədalət Partiyası qalib olub.

Corc Ueah-rəssam və karyerası ərzində Avropanın aparıcı klublarında çıxış edən Liberiya millisinin şərəfini qoruyan 1995-ci ildə FİFA-nın ilin ən yaxşı oyunçusu üzrə keçirdiyi sorğuda birinci olan bu şəxs futbolçu karyerasını başa vurduqdan sonra özünü siyasi arenada sınayıb. 2005-ci ildə namizəd olduğu prezident seçkilərində qalib ola bilməsə də 2017-ci ildə bunu bacarıb. Hal-hazırda Liberiyanın prezidentidir.

İtaliyanın qalmaqalı baş naziri Silvio Berluskoni öz təhsil xərclərini qarşılamaq üçün tələbə olduğu illərdə səyahət gəmilərində pianoçu və müğənni kimi fəaliyyət göstərib.

Səkkizinci pillədə sözsüz televiziya kanallarının əvəzolunmaz simasına çevrilən Donald Tramp yer alıb. O bu vəzifəyə gəlməzdən qabaq bir çox filmlərin epizodik səhnələrində aktyor kimi görünüb. 2003-cü ildə "The Apprentice" adlı məşhur televiziya verilişinin aparıcısı olub.

Son pillədə Reper Bobi Vayn gəlir. O, hələ ki siyasi arenada olmasa da deyilənə görə, 2021-ci il Uqandada keçiriləcək prezident seçkilərinə namizədliyini irəli sürmək niyyətindədir. 2017-ci ildən bəri gənclərin rəğbətini qazanan Bobi Vayn keçən il sürücüsünün qətlə yetirilməsi və özünün həbs olunmasından sonra siyasi çıxışlara başlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31