Vətəndaşların sosial rifahının yaxşılaşdırılması ən başlıca vəzifədir- Təhlil
25 Fevral 2019 16:52 Sosialİlham Əliyev: "Əlavə gəlirlər, ilk növbədə, vətəndaşların sosial müdafiəsinə yönəldilir"
Prezident İlham Əliyevin müasir çağırışlara uyğun həyata keçirdiyi köklü iqtisadi islahatlar ölkə iqtisadiyyatının daha da möhkəmlənməsinə səbəb olub. Dayanıqlı iqtisadiyyatın təmin olunması sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin formalaşdırılmas, eləcə də qeyri-neft sektorunun inkişafına təkan verib. Hərtərəfli dinamik tərəqqiyə töhfə olan bu islahatlar dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları tərəfindən yüksək qiymətləndirilir, ölkəmizin əldə etdiyi uğurlar digər dövlətlərin diqqətini cəlb edərək müxtəlif sahələrdəki müsbət təcrübəmizdən bəhrələnilir. Sirr deyil ki, bütün sadalanan naliyyətlər ölkədə həyata keçirilən şəffaflaşdırma siyasəti nəticəsində mümkün olub. Xatırladaq ki, təkcə vegi və gömrük sahəsində həyata keçirilən şəfaflaşdırma siyasəti nəticəsində dövlət büdcəsinə 105 milyon manat əlavə vəsit daxil olub. Bu fakt deməyə əsas verir ki, həyata keçirilən iqtisadi islahatlar, şəffaflıqla bağlı atılan addımlar öz bəhrəsini verməkdədir. Sevindirici hal ondan ibarətdir ki, əldə olunan gəlirlərin böyük əksəriyyəti əhalinin maddi-rifah halının yüksəldilməsinə yönəldirilir.Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurlu sosial siyasətin həyata keçirilməsi ilk növbədə belə qənaətə gəlməyə zəmin yaradır ki, bu siyasətin əsas məqsədi Azərbaycanda sosialyönümlü dövlət quruculuğunu təmin etməkdir. Elə bu məqsədlə də son illər mühüm və ardıcıl addımlar atılmaqdadır. Təsadüfi deyil ki, dövlət başçısı hər zaman öz çıxışlarında sosial siyasəti dövlət siyasətinin ən zəruri sahələrindən biri kimi dəyərləndirərək vurğulayıb ki, layiqli sosial siyasət qarşıdakı illərdə də Azərbaycan hökumətinin fəaliyyətinin prioriteti olaraq qalacaq. Sirr deyil ki, Azərbaycanda aparılan iqtisadi islahatlar, şəffaflaşdırma siyasəti bödcə gəlirlərinin artmasına, maliyyə imkanlarının əhəmiyyətli dərəcədə yüksəlməsinə şərait yaradıb. Ölkə prezident də ilk növbədə bu vəsaitlərin məhz sosial sferaya yönəldilməsini təmin edib.
Demək olar ki, hər il vətəndaşların əməkhaqlarının, pensiyaçıların təqaüdlərinin, aztəminatlı ailələrə, şəhid ailələrinə, Qarabağ əlillərinə, eyni zamanda sağlamlığın məhdud olan vətəndaşlara verilən sosial müavinətlərinin artırılması da buna olan bariz sübutdur. Bu, Azərbaycanda insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan zəruri addım kimi qiymətləndirilir. Cari ildə də dövlət başçısının ardıcıl imzaladığı sərəncamlarla ölkədə minimum əmək haqları, pensiya və müavinətlər, tələbələrin təqaüdləri artırılıb, şəhid ailələrinə birdəfəlik ödəmələr həyata keçirilib. 2019-cu il başlayandan sosial sahədə atılan addımlar həyata keçirilən böyük sosial paketin tərkib hissəsidir. Bu addımlar cənab Prezident tərəfindən hələ ötən il müxtəlif tədbirlərdə anons edilmişdir və hazırda onun reallaşdırılması prosesi gedir. Atılan addımlar deməyə əsas verir ki, əhalinin ən müxtəlif kateqoriyalarının maddi-rifah halının yüksəldilməsi, ümumiyyətlə vətəndaşların üzləşdikləri sosial problemlərin həlli davamlı olacaq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə qeyd edib ki, minimum əməkhaqqının, minimum pensiyanın, tələbələrin təqaüdlərinin artırılması, digər ödənişlərin verilməsi böyük sosial paketin tərkib hissəsidir. Dövlət başçısı bildirib ki, vətəndaşları narahat edən məsələlərdən biri də problemli kreditlərlə bağlıdır və yaxın gələcəkdə problemli kreditlərlə bağlı məsələ də öz həllini tapacaq: "Bu məsələ artıq neçə vaxtdır ki, müzakirə olunur. Hökumət üzvlərinə müvafiq göstərişlər verilmişdir. Keçən ildən başlayaraq çox fəal iş aparılır, təkliflər paketi hazırlanır. Bilirəm ki, Milli Məclisdə də bu məsələ müzakirə olunur. Müxtəlif təkliflər səsləndirilir. Əlbəttə, biz istəyirdik ki, bu məsələ ciddi ictimai diskussiyalara da səbəb olsun və buna nail olduq. Ancaq deyə bilərəm ki, bu məsələ ilə son mərhələdə işçi qrup çox ciddi məşğuldur. İki aydan çoxdur ki, təkliflər üzərində iş aparılır. Bu, o qədər də sadə məsələ deyil. Biz bu məsələni həll etməklə əsas vəzifəni vətəndaşların rifah halının yaxşılaşmasında, onların maliyyə yükünün azaldılmasında görürük". Sadalanan faktlar deməyə əsas verir ki, bu gün Azərbaycan dövlətinin sosial sahədə atdığı addımlar öz miqyasına, təsir dairəsinə, əhəmiyyətinə görə heç bir ölkədə müşahidə olunmur. Azərbaycan hakimiyyətinin yürütdüyü sosial siyasət həqiqətən də inqilabi xarakter daşıyır. Bu, ilk növbədə cənab Prezidentin, Azərbaycan dövlətinin öz vətəndaşına olan diqqət və qayğısının təzahürüdür. Görülən bütün işlərin arxasında Azərbaycan vətəndaşının həyat səviyyəsinin yüksəldilməsi, onun rifah amili dayanır. Qətiyyətlə demək olar ki, bu gün Azərbaycan sosial-iqtisadi sferada sürətli inkişaf yoluna qədəm qoyaraq gələcəyə doğru inamla addımlayır. Əhalinin sosial inkişafı üçün lazım olan hər bir şərait yaradılıb. Əməkhaqları, pensiya təminatı sahəsində aparılan ciddi islahatlar, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən geniş proqramlar, sosial sahə ilə bağlı qəbul olunan çoxsaylı qanunlar cəmiyyətin rifah halının yaxşılaşmasına yönəlib. Ölkəmizdə əhalinin rifahının yaxşılaşması istiqamətində görülən işlər yalnız maaşların, pensiya və müavinətlərin artması ilə yekunlaşmır. Respublikamızda aparılan sosial siyasətin məzmunu vətəndaşların sosial vəziyyətinin yaxşılaşması ilə bərabər, onların məşğulluğunun artırılması, daha yaxşı yaşamaları üçün əlavə pul gəlirləri əldə etməsindən ibarətdir. Ötən dövrdə bu istiqamətdə atılan bütün addımlar konkret olaraq cəmiyyətin sosial qayğılarının təmin olunmasına əhəmiyyətli baza formalaşdırıb.
Nurlan