Barkodu əvəz edən daha müasir QR kodu

QR - "quick response", yəni "sürətli cavab" mənasını daşıyır. Bu kodları bütün məhsulların, elanların, bukletlərin və s.nin üzərində görə bilərsiniz.

Olaylar.az bildirir ki, QR kodu Yaponiyada böyük populyarlıq qazanmış barkodun getdikcə tələbatı ödəməməsi, səbəbindən yaranıb. Yaponiya və Avstriyada bu kodlar vasitəsilə qəbiristanlıqda mərhum haqqında məlumat əldə etmək mümkündür.

QR kod tək şaquli istiqamətdə deyil, üfuqi vəziyyətdə də, həm də çox sürətlə oxunur. Bunun üçün mobil telefonunuzu QR koda yaxınlaşdırmaq kifayətdir. 

QR kodunuzu yaratmaq üçün isə online QR kod generatorundan istifadə etmək olar. Bir QR koduna 7089 rəqəm, 4296 işarə (rəqəm və hərf), 1817 heroqlif yerləşdirmək mümkündür.

Qeyd edək ki, ən böyük QR kodu Kanadanın Albert əyalətində yaşayan fermer ailəsi tərəfindən hazırlanmışdır. Onlar bunu özlərinə məxsus 2,9 hektar qarğıdalı sahəsində hazırlayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31