Xocalı qətliamının qurbanları İstanbulda anılacaq
25 Fevral 2019 15:03 SosialFevralın 26-da İstanbulda Azərbaycan İstanbul Konsulluğunun və İstanbul Bağcılar Bələdiyyəsinin birgə təşkil etdiyi Xocalı Soyqırımının Qurbanlarının əziz Xatirəsinin 27-ci ildönümü qeyd ediləcək. Anma mərasimində Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikasının Prezident Administrasiyasının ictimai siyasi şöbəsinin rəhbəri professor Əli Həsənov, Türkiyə heyətinə isə Binali Yıldırım rəhbərlik edəcəklər. Xocalı şəhidlərinin xatirəsinə həsr edilmiş nümayiş keçiriləcək.Bağcılar rayonundakı Azərbaycan-Türkiyə dostluq parkındaki Xocalı qurbanlarının abidəsində anım mərasimi keçiriləcək.
Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31