Azərbaycanlı müğənni iş adamına ərə gedir (FOTO)
24 Fevral 2019 15:23 SosialAzərbaycanın Əməkdar mədəniyyət işçisi Ulduz Sönməzin qızı, müğənni Sədaqət Quliyeva (Ulduz) nişanlanmaq xəbərindən danışıb.
Sənətçi ölkə.az-a açıqlamasında xəbəri təsdiqləyib. Bildirib ki, ailə quracağı şəxs Türkiyədə yaşayan azərbaycanlı iş adamıdır:
"Əvvəldən tanışlığımız olmayıb. O məni efirdən tanıyıb. Sonra ortaq tanışlar vasitəsilə ailə qurmaq istədiyini bildirib. Toyumuz mart ayında olacaq. Hazırda başqa işlərlə əlaqədar Moskvadayam".
Qeyd edək ki, Sədaqət Ulduz sosial şəbəkədə "Həyat sevdiklərinlə gözəldir" şərhini yazaraq üzüyünü fotosunu paylaşmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31