Hadı Rəcəblinin çoxsaylı əmlakı -Siyahı

Millət vəkili Hadi Rəcəbli tez-tez qıcıq doğuran açıqlamalaır ilə gündəmə gəlir. Millət vəkili bu dəfə də verdiyi açıqlamada maraqlı nüanslara toxunub.

Sosial şəbəkədəki səhifələrin biri   xəbər verir ki, bu dəfə millət vəkilinin çoxsaylı əmlakları sosial şəbəkə istifadəçiləri tərəfindən paylaşılıb.

Deputat Hadı Rəcəbli dünən yeni açıqlama verib: "180 manatla bir ay dolanmaq olar". Buyurun, bu da ayda 180 manatla "dolanan" Hadı Rəcəblinin biznesi, sərvətləri:

1. "DNS" Komputers şirkəti ( 7 mağaza) 

2. Nizami küçəsində brend geyimlər mağazası (2 mağaza) 

3. Sahil metrosunun yaxınlığında 3 ticarət obyekti (arendaya verib) 

4. "Lənkəran" şadlıq sarayı 

5. Lənkəranda YDM (yanacaqdoldurma məntəqəsi) 

6. "Palıdlı sahil" istirahət mərkəzi

7. Lənkəranda istirahət-sağlamlıq sanatoriyası 

8. "Palıdlı" Hotel

9. Lənkəranda univermaq, 5 mağaza

10. Bakı şəhəri H.Cavid prospektində 2 mənzil

11. Badamdarda villa

12. Lənkəranda villa

13. Lənkəranda hektarlarla torpaq sahələri

14. Novxanıda villa

15. Qızı bağçalar şəbəkəsinin sahibidir 

16. Oğlu Tural biznesini idarə edir

17. Digər oğlu Vüsal Rəcəbli "Həyat" Beynəlxalq Humanitar Təşkilatının prezidentidir, milyonlarla dotasiyaları öz cibinə doldurub

18. Banklarda milyonlarla sığortalı pul kütləsi, əmanət

19. Digər qızı klinika rəhbəridir ( o da deputat gəlinidir) 

20. Nizami küçəsində 4 otaqlı mənzil və s.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31