Dövlət uşaqları zəhərləyən qidalarla bağlı hərəkətə keçdi - Bakıda yoxlamalar başlayır

Agentliyin Qida Təhlükəsizliyi şöbəsinin müdiri Fərid Əmirov bildirib ki, satış təsərrüfatı obyektlərində "Ozmo", "Eti", "Puf", "Popkek limon", "Popkek banan", "Şölen", "Tutku", "Oqopoqo", "Monte Lemo", şirniyyatları, "Banduel" qorox qida məhsullarının satışı qadağan edilib və bu məhsulların vitrinlərdən yığışdırılması üçün keçən həftənin sonunadək vaxt verilib.

Artıq Qida Təhlükəsizliyi Agentliyi məsələ ilə bağlı mağazalarda və digər satış obyektlərində reydlərə başlayıb.

Qeyd edək ki, adları yuxarıda qeyd edilən məhsulların mağazalardan yığışdırılmasına səbəb onlarda insan sağlamlığı üçün bakteriyaların aşkarlanması olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31