Daha xoşbəxt yaşamaq üçün bunları edin
24 Fevral 2019 13:39 Sosial" Bu vərdişlərə yiyələnərək xoşbəxt həyata başlanğıc edə bilərsiniz...
Yenilikdən qaçmayın:
Qurduğunuz yeni planların sizi inkişaf etdirəcəyini unutmayın.
Bütün işlərinizi sevərək görün
: Məşğul olduğunuz iş yorucu olsa da onun zövqlü tərəflərini kəşf etməyə çalışın.
Üzr istəməkdən utanmayın:
Haqsız ya da haqlı olmaq yox, küsülülüyə son vermək əhəmiyyətlidir.
Yuxudan tez oyanın:
Səhər tezdən oyanmaq, həm də yaşana biləcək gözəl hadisələri qaçırmamaq üçün əhəmiyyətlidir.
Özünüzə güvənin:
Hədəflərinizə çatmaq üçün özünüzə güvənin və iti addımlarla yolunuzda irəliləməyə davam edin.
Təbəssüm edin: Unutmayın, ən gözəl göründüyünüz an, güldüyünüz andır.
Ailənizlə vaxt keçirin:
Ailə üzvlərinizdən uzaq qaldığınız vaxtda da tez-tez ünsiyyət qurub, əlaxə saxlamağı unutmayın.
Risk edin: Yerində saymaqdansa, daima irəli şüarı ilə risk edin.
Aksesuar seçimində diqqətli olun:
Zövqünüzə uyğun, geyiminizi tamamlayan aksesuarlar taxın. İnsanların ürəyini fəth edin:
Aqresivlik nümayiş edib həyatınızdakı insanları çıxarmaqdansa onları qazanmağa çalışın.
Kefinizin olmamasını normal qarşılayın: Hər gün çox xoşbəxt ola bilmərsiz. Bunu bədbəxtlik kimi qarşılamayın. Karyera və şəxsi həyatınızı tarazlayın:
Karyeranızın sizi idarə etməsinə icazə verməyin, siz onu idarə edin. Xoşbəxtliyə gedən yolda bu olduqca əhəmiyyətlidir.
Sosial şəbəkə detoksu: Sosial şəbəkələri həyatınızdan tamamilə çıxarmayın. Həftədə bir dəfə zamanınızı buna sərf edib, əylənin. Sizin nəyin xoşbəxt etdiyinə əmin olun Təbiətdə daha çox vaxt keçirin, doğmalarınıza zaman ayırın, hisslərinizə güvənin... Və unutmayın xoşbəxt olmaq üçün böyük səbəblərə ehtiyac yoxdur.Olaylar.az