Elçin Hüseynbəyli Cocuq Mərcanlıda şagird və müəllimlərlə görüşüb

Fevralın 22-də yazıçı-dramaturq, publisist Elçin Hüseynbəyli Cocuq Mərcanlı kənd orta məktəbində şagird və müəllimlərlə görüşüb. Tədbirə rayon rəhbərliyi və ziyalıları da qatılıb.

"Gözünə gün düşür" kitabını təqdim və hədiyyə edən yazıçı Cocuq Mərcanlını ölkəmizin istehkam divarı adlandırıb və kənddə görülən işlərdən məmnunluğunu dilə gətirib.

Müəllim və şagirdlər Elçin Hüseynbəylinin yaradıcılığı barədə geniş bilgiyə malik olduqlarını sərgiləyiblər və qeyd ediblər ki, onun 5 və 7-ci siniflərdə tədrs olunan "Füruzə qaşlı xəncər" və "Nəvə" hekayələri  çağdaş gəncliyimizin yetişməsində mühüm rol oynayır.

Sonda yazıçı tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31