Bakcell Vergi işçilərini təbrik etdi

Bakcell xidmətlərindən istifadə edən vergi işçiləri gün ərzində şəbəkədaxili pulsuz danışacaqlar

Vergi xidməti işçilərinin peşə bayramı günü münasibətilə Bakcell şirkəti bütün vergi işçilərini təbrik edib. Bu münasibətlə şirkət onlara təbrik SMS-i yollayıb. Bundan başqa, Bakcell peşə bayramı münasibətilə gün ərzində vergi işçilərinə şəbəkədaxili pulsuz danışıq hədiyyə edib.

Beləliklə, Bakcell xidmətlərindən istifadə edən vergi xidmətinin əməkdaşları bu gün heç bir ödəniş etmədən şəbəkədaxili istədikləri qədər zəng edə biləcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31