Sumqayıtda güclü yanğın – Məcburi köçkünlərin tərk etdiyi evlər kül oldu
10 Fevral 2019 14:40 SosialSumqayıt şəhərinda güclü yanğın qeydə alınıb.
Publika.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Hacı Zeynalabdin qəsəbəsində ümumi sahəsi 600 m² olan birmərtəbəli, taxta konstruksiyalardan ibarət evlərin (əvvəllər məcburi köçkünlərin məskunlaşdığı, hazırda yaşayış olmayan) yanar konstruksiyaları 300 m² sahədə yanıb. Evlərin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31