Beyləqanda dəhşətli qəza: 3 yaşlı uşaq dünyasını dəyişdi
10 Fevral 2019 11:31 SosialBeyləqanda ağır qəza baş verib. Hadisə dünən gecə saatlarında baş verib.
Sputnik Azərbaycan bildirir ki, Bakı-Horadiz magistralının Beyləqanın Aşıqalılar kəndindən keçən sahəsində Ford Tranzit markalı maşın yol kənarənda dayanmış KAMAZ markalı yük avtomobilini vurub.
Nəticədə "Ford"da olan 3 yaşlı oğlan hadisə yerində dünyasını dəyişib. Onun cəsədi tibbi ekspertiza üçün Beyləqan Rayon Mərkəzi Xəstəxanasının morquna aparılıb.
Həmçinin məlum olub ki, "Ford"da Elbrus adlı şəxs ailəsi ilə N saylı hərbi hissəyə qardaşı oğlunun andiçməsi mərasiminə gedirmiş.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31