Leysan yağışları nəticəsində 9 nəfər öldü
9 Fevral 2019 09:51 SosialÇilinin cənubuna üz verən güclü yağışlar nəticəsində azı 9 nəfər ölüb.
Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Çili prezidenti Sebastyan Pinyera bunu Kalama şəhərində jurnalistlərə açıqlamasında deyib.
"Loa əyalətində üç, şimal makrozonasında isə daha 6 nəfər həyatdan məhrum olub", - deyə o əlavə edib.
Prezidentin sözlərinə görə, məcrasından çıxan çaylar 820 evə ziyan vurub, daha 78 ev ciddi zədə alıb, 75-i isə tamamilə dağılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31