Milli Qəhrəman Alı Mustafayevin oğlunun toyu oldu  - Şad gündən FOTOLAR...

 

Alı Mustafayevin oğlunun toyu olub. 

Telejurnalist, Milli Qəhrəman Alı Mustafayevin oğlu Tural Mustafayev ailə həyatı qurub. T.Mustafayevin toy mərasimi Bakıda "Cıdır düzü" restoranında keçirilib. T.Mustafayev öz bibisi qızı ilə ailə həyatı qurub. 

Xatırladaq ki, telejurnalist, publisist, şair Alı Mustafayev 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni hərbi birləşmələrinin dəstələri tərəfindən vurulan hərbi helikopter hadisəsində şəhid olub. Şəhid Alı Mustafayev Şəhidlər Xiyabanında dəfn edilib. Alı Mustafayev Lalə xanım Mustafayeva ilə ailə həyatı qurub və onların üç övladı var. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31