Rusiyada həbsxanada dava - 12 nəfər xəstəxanalıq olub

Rusiyanın Samara vilayətində yerləşən 5 saylı cəzaçəkmə müəssisəsində məhbuslar arasında dava düşüb.

"Qafqazinfo" Rusiya KİV-nə istinadən xəbər verir ki, münaqişə nəticəsində 12 nəfər xəstəxanaya yerləşdirilib. 

Dava ötən gün nahar zamanı yaranıb. Yüngül xəsarət alan daha 15 nəfərə isə yerində tibbi yardım göstərilib. 

Məhkumlar həmçinin, döşəkləri yandırıblar, yanğın söndürülüb. Xəstəxanaya yerləşdirilənlərdən yeddisi tüstüdən boğulanlar olub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31