Qubada fermerlər üçün təlim keçiriləcək
8 Fevral 2019 18:11 SosialKənd Təsərrüfatı Nazirliyinin Təhsil və təlim şöbəsi və Aqrar Elm və İnnovasiya Mərkəzinin birgə təşkilatçılığı ilə 14-15 fevral 2019-cu il tarixlərində Quba fermer evində "Meyvə bağlarında budama, forma vermə və calaq vurma əməliyyatlarının aparılması" mövzusunda iki günlük təlim kursu təşkil olunacaq. Nazirlikdən "Olaylar"a bildirilib ki, kursun sonunda iştirakçılara təlim prossesində əldə etdikləri bilik və bacarıqlara dair Aqrar Elm və İnnovasiya Mərkəzi tərəfindən xüsusi Sertifikat veriləcək. Kursda iştirak etmək istəyən şəxslər 13.02.2019-cu il tarixinədək Quba fermer evinə müraciət edə bilərlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31