Azad Rəhimov vətəndaşları qəbul edib

Gənclər və idman naziri Azad Rəhimov Şirvan Gənclər evində Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib. Nazirliyin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, ümumilikdə 20-dən çox sakinin iştirak etdiyi qəbulda müraciətlər əsasən gənclər, idman, tikinti sahələri və məşğulluqla bağlı olub.

Gənclər və idman naziri Azad Rəhimov Şirvan Gənclər evində   Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib. Nazirliyin mətbuat katibliyindən "OLAYLAR"-a bildirilib ki, ümumilikdə 20-dən çox sakinin iştirak etdiyi qəbulda müraciətlər əsasən gənclər, idman, tikinti sahələri və  məşğulluqla bağlı olub.

Böyük hissəsi idman sahəsi ilə bağlı olan müraciətlər sırasına fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, təmirə ehtiyacı olan idman obyektlərinin bərpası, Olimpiya İdman Komplesklərinin, idman qurğularının tikintisi və təmiri, idmançıların beynəlxalq yarışlarda iştirakı və s  daxil olub.

Gənclər sahəsində edilən müraciətlər sırasına isə  Qeyri Hökumət Gənclər Təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq tədbirlərdə iştirakı, yay-qış istirahət düşərgələrinin sayının artırılması, Gənclər Mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi və fəaliyyəti istiqamətində olub.  

Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31