Bir qrup iş adamı və təhsil eksperti ADAU-da olub

Monqolustanda yerləşən, Azərbaycan-Monqolustan münasibətlərində koordinator rolunu oynayan  "Vertus" firmasının təsisçisi Faiq Ağayev, AMEA-nın müxbir üzvü, professor, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Baş Məhkəmə tibbi eksperti  Şakir Musayev, XXI əsr Təhsil Mərkəzi İctimai Birliyinin rəhbəri, fəlsəfə elmləri doktoru Etibar Əliyev, Təhsil Xidmətləri Araşdırma Mərkəzinin rəhbəri, təhsil üzrə ekspert Kamran Əsədov, iş adamı Vahid Əliyev Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) səfər ediblər. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, səfərin məqsədi universitetin maddi-texniki bazası, təhsil şəraiti ilə yaxından tanış olmaq, Monqolustanın müvafiq ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlıq əlaqələrini müzakirə etmək olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31