Doğum tarixiniz çəki atmağınıza əngəl ola bilər
6 Fevral 2019 18:34 SosialHər şeyi düzgün edirsiniz, amma hələ də kilo verə bilmirsinizsə, bəlkə də bunun başqa bir səbəbi vardır. Mütəxəssislər kilo verməyi əngəlləyən səbəbləri araşdırıb.
Həmin səbəblərin bir neçəsini təqdim edirik:

Doğum gününüz
Qış mövsümündə anadan olmuşsunuzsa, əvvəlcədən itirmiş olma ehtimalınız yüksəkdir. Çünki aparılan araşdırmalar qışda doğulanların kökəlməyə daha meylli olduğunu göstərir. Bunun əsas səbəbi isə, daha yavaş işləyən metabolizmaya sahib olmalarıdır.

Meyvə şirələri
Fruktoza səviyyəsi yüksək olan meyvə şirələri iştahanızı açır. Bu səbəbdən də mütəxəssislər təzə meyvə suyu içmək və ya meyvə yeməyin daha faydalı olduğunu bildirirlər.

Ara yeməklərini ötürmək
Hər yemək yediyinizdə metabolizma sürəti iki saat içində 20-30 faiz artar, ancaq ara yeməklərini ötürsəniz, metabolizma yavaşlayar. Xüsusilə də, səhər yeməyi yeməmək ən böyük problemlərdən biridir.

Tərəvəzlər
Tərəvəz və salata əlavə edilən qidaları yaxşı yuduğunuzdan əmin olmalısınız. Həmçinin, mütəxəssislər daha təbii şəraitdə yetişdirilən tərəvəzlərə üstünlük verməyi məsləhət görür. Xüsusi dərmanlarla yetişdirilən tərəvəz və meyvələrindən isə uzaq durmaq lazımdır.

Salatlar
Diyet üçün müxtəlif salatları seçə bilərsiniz. Amma kənar yerdə salat yeyəcəksinizsə, sousla olanları seçməməlisiniz. Çünki araşdırmalar souslu (mayonez, ketçup və s.) salatların heç bir "fast food"lardan fərqlənmədiyini göstərir.

Evlilik
Çox zaman yeni evlənənlər evləndikdən sonra kilo almalarından şikayət edirlər. Amma həyat yoldaşınızla eyni miqdarda və ya eyni yeməkləri yemədən də xoşbəxt bir evliliyiniz ola bilər.

Sürətlə yemək
Tez-tez yemək yemək kilo almağınıza səbəb olacaqdır. Buna görə də yeməyinizi yavaş və rahat yeməlisiniz. Yeməkləri uzun müddət çeynədikdən sonra udmaq, beynin bədənə gedən qidaları saxlamasına vaxt vermək deməkdir. Beləliklə, doyduğunuzu anlamağınızla yeməyi sona çatdırmağınız arasında zaman azalır.

Dadlandırıcılar
Kilo almamaq üçün şəkər yerinə şirinləşdiricilərdən istifadə edə bilərsiniz. Lakin, araşdırmalar göstərir ki, süni dadlandırıcılar bədəni aldadır və daha çox şəkər istifadəsini ortaya qoyur.

Stress
Beyin bədəndəki enerjinin azaldığını fərq edən kimi dərhal, aclıq hiss etməyimizə səbəb olan kimyəvi maddələri ötürür. Və biz özümüzü pis hiss edib, dərhal soyuducuya qaçırıq.

Yuxu
Araşdırmalara əsasən, gecələri 4 saatdan az yatan insanlar, çox yatanlara nisbətən daha çox çəki alırlar. Çünki yorğun bir bədən, normal gündə yandırılan enerjini yandıra bilmir və metabolizmanı yavaşladır. Bunun üçün hər gün mütəmadi olaraq eyni saatda yatmağa diqqət edin.

Texnologiya
Pəhrizinizin nəticəsiz qalmasına səbəb olan amillərdən biri də hərəkətsiz yaşam tərzidir. Əvvəllər köhnə bir dost ilə görüşmək üçün ən azı 10-15 dəqiqə gəzə bildiyiniz halda, artıq sadəcə internet üzərindən mesajlaşa, söhbət edə bilərsiniz. Belə olduqda, hərəkət etmək yerinə oturmağı seçərsiniz.
azadinform