Zəlzələ ilə bağlı monitoruinq aparmaq üçün işçi qrupu yaradılıb

Şamaxı, Ağsu və İsmayıllı rayonu ərazilərində baş verən zəlzələnin  sürüşmə sahələrinə təsirini öyrənmək məqsədilə Ekologiya və Təbii Sərvətlər  Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssislərindən ibarət İşçi Qrup yaradılıb. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, monitorinq və müşahidələr aparmaq üçün İşçi Qrup sözügedən rayonlara ezam olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31