Gənclərin II Yay Düşərgəsi təşkil olunacaq

Azərbaycan Diasporuna Dəstək Fondu xaricdə yaşayan gənclərin II Yay Düşərgəsini təşkil etməyi nəzərdə tutub. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a bildirilib ki, düşərgə 8-14 Iyul 2019-cu il tarixlərində Şamaxıda təşkil olunacaq.

İştirak etmək istəyənlər martın 30-dək r http://diaspor.gov.az/qeydiyyat/ ünvanından qeydiyyatdan keçərək, lazımi sənədləri elektron formada təqdim etməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31