Pirallahı rayonunda şəhid ailələri ilə görüş keçirildi

Pirallahı Rayon İcra Hakimiyyəti və YAP Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə şəhid ailələri ilə növbəti görüş keçirilmişdir. Əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhid övladlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Görüşü giriş sözü ilə açan Rayon İcra Hakimyyətinin başçısının I müavini Vəzir Səfixanov dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışdı.

Olaylar.az xəbər verir ki, millət vəkili Rauf Əliyev çıxış edərək bildirdi ki, şəhid ailələrinə göstərilən diqqət  və qayğı  Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun mühüm istiqamətlərindən biridir. 

Sonra söz şəhid ailələrinin nümayəndələrinə verilmişdir. Şəhid atası Rzayev  Manaf, şəhid anaları Bağırova Svetlana, İbrahimova  Çimnaz,  Mirzəyeva   Safa, həyat yoldaşları Quliyeva Səkinə, Rəhimova  Natavan,  Əliquliyeva  Hafizə, Suvarova  Cəmilə  və başqaları çıxış edərək onlara daim qayğı ilə yanaşan ölkəmizin başcısına minnətdarlıq etmiş, bir sıra problemin həlli ilə bağlı arzu və təkliflərini bildirmişlər.    

Qeyd edək ki, Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinin üzvlərinə humanitar yardım göstərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31