Nazirlik: Zəlzələ baş verən ərazilərdə rabitə sisteminin işində problem yaranmayıb

Fevralın 5-də Şamaxı, İsmayıllı, Lerik və Ağsu rayonları ərazisində baş verən zəlzələ nəticəsində rabitə sisteminə heç bir ziyan dəyməyib.

Bu barədə "Report"a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, hazırda həmin rayonların sakinləri rabitə və internet xidmətləri ilə tam təmin edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31