Azərbaycanda 2 uşağını şadlıq evinin qarşısına atıb gedən ana tapıldı - YENİLƏNDİ
4 Fevral 2019 10:32 SosialDünən axşam saatlarında Bərdə şəhərində yerləşən şadlıq evinin qarşısında tapılan 2 körpənin valideynlərinin kimliyi müəyyənləşib.
Publika.az xəbər verir ki, Bərdə rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi araşdırmalar zamanı uşaqları küçəyə atıb uzaqlaşan qadın tapılıb və o, şöbəyə dəvət edilib. Hazırda 8 aylıq və 2 yaşında olan bacı-qardaş Bərdə rayon Mərkəzi Xəstəxanasındadır.
Xəstəxanadan Publika.az-a bildirilib ki, körpələrin vəziyyəti yaxşıdır və heç bir tibbi yardıma ehtiyacları yoxdur.
Məlumata görə, uşaqların anası onları toydan sonra şadlıq evinin qarşısına ataraq gedib. Onların ailəsində problemlərin olduğu, qadının da bu səbəbdən belə bir addım atdığı bildirilir.
Araşdırmalar davam etdirilir.
***
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31