"Elnarə evdə oturub uşaqlarına baxsın" -  Xatun

Müğənni Xatun Əliyeva həmkarı Elnarə Xəlilova ilə yeni qalmaqalın təməlini qoyub. 

Axşam.az-ın məlumatına görə, "ATV maqazin onlarla" verilişində sənətçi ona ünvanlanan "Hansı müğənniyə qadağa qoyarsınız" sulaına gözlənilməz cavab verib. 

O, "Elnarəyə qadağa qoyardım. Gedib evdə oturub uşaqlarına baxsın" sözlərini deyib. 

Qeyd edək ki, Elnarə ilə Xatun qalmaqalı "HİT-parad" rubrikası zamanı başlamışdı. Həmkarının adını siyahıdan uzaqlaşdıran Xatun onun xətrinə dəyib. Beləcə, ifaçılar arasında küsülülük yaranmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31