Ermənilər balabanı da oğurladı: artıq dünyaya "duduk" satırlar FOTOLAR
3 Fevral 2019 13:46 SosialQaynarinfo xəbər verir ki, "Vamelo" adlı şirkət xüsusi qablaşdırmada göndərdiyi balabanın Avropada geniş təbliğatını aparır və dünyaya "duduk"un, yəni balaban alətinin Ermənistana məxsus olduğunu vurğulayır. Belə ki, xüsusi qablaşdırmada göndərilən alətin üzərinə həm "Vamelo Armenia" şirkətinin loqosu vurulur, həm də içərisinə alət haqqında təhrif olunmuş məlumat vərəqəsi qoyulur.

Şirkət satışı vamelo.com saytı üzərindən həyata keçirir. Belə ki, dünyanın istənilən yerindən sifariş qəbul edilir və beynəlxalq çatdırılmalara görə əlavə pul alınmır.
Balabanın özü 195 dollara, təkcə qamışı isə 69 dollara satılır.

Görəsən dünyanın hər yerində bir, bizdə isə iki dənə olan konservatoriyalarımız (Musiqi Akademiyası və Milli Konservatoriya) hansı təbliğatla məşğul olur və musiqi alətlərimizə necə sahib çıxılır?