Almaniyada dəhşətli hadisə: 23 uşağı zorlayıb, videolarını çəkdilər... (FOTOLAR)

Almaniyada yerləşən piknik ərazisinin birində səyahət avtobusunda 23 uşağa təcavüz edilib.

Musavat.com bu barədə milliyet.com.tr-yə istinadən məlumat verir.

Xəbərə görə, saxlanılan 3 nəfərin 23 uşağa təcavüz etdiyi bildirilir. Onların arasında 56 yaşlı kişi əsas şübhəli qismində saxlanılıb. Bu barədə polisin verdiyi açıqlamada bildirilir. Lakin hələlik onların adları gizli saxlanılır.

Ən dəhşətlisi isə budur ki, 10 ildir öz çirkin əməllərindən əl çəkməyən manyakların, bu günə qədər 1000-ə yaxın uşağı zorladığı bildirilir.

Almaniya polisinin illərdir ki, davam etdirdiyi araşdırma nəticəsində və zərərçəkmişlərin də ifadəsi ilə bu dəstənin üzvləri ələ keçirilib. Onlara aid səyahət avtobusundan 12 min video görüntü tapılıb.

Araşdırmalar zamanı təcavüz edənlərdən ikisinin videoları çəkdiyi, 46 yaşlı digər kişinin isə, bu iyrənc görüntüləri internet vasitəsilə satdığı məlum olub.

Dehşet karavanı!

Dehşet karavanı!

Dehşet karavanı!

Dehşet karavanı!

Dehşet karavanı!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31