Bakıda ŞOK HADİSƏ - Sərnişin avtobusunda partlayış baş verdi
3 Fevral 2019 11:10 SosialBakının Xətai rayonunda, Əhmədli metrosunun çıxışında 46 saylı marşrutda partlayış olub.
Partlayışdan sonra yanğın baş verib. Yaxınlıqdakı "Bakı Bus" marşrutlarının sürücülərinin müdaxiləsindən sonra yanğın söndürülüb.
Sərnişinlər vaxtında təxliyyə olunduğundan yanğın zamanı xəsarət alan olmayıb. Hadisə yerinə təcili yardım maşınları və yanğınsöndürən cəlb olunub.
Partlayışın səbəbi hələlik məlum deyil.(Qafqazinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31