Qəzada ölən qadının bətnindəki körpə sağ qalıb

Türkiyənin Adana şəhərinin Pozantı bölgəsində avtobusla mikroavtobusun toqquşması nəticəsində bir ailədən 3 nəfər ölüb.

AZƏRTAC xəbər verir ki, ölənlərdən bir qadının hamilə olduğu və onun bətnindəki körpənin sağ qaldığı bildirilir. Körpə həyatını itirmiş qadının bətnindən çıxarılaraq xəstəxanaya yerləşdirilib.

Qəzada yaralanan daha 2 nəfər ağır bədən xəsarətləri ilə klinikaya çatdırılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31