Moldovada 12 nəfər qripdən ölüb- Ölənlərin hamısında H1N1 virusu aşkarlanıb

Soyuq mövsümü başlayandan bəri Moldovada 12 nəfər qripdən həlak olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Moldovanın səhiyyə, əmək və sosial müdafiə nazirliyinin dövlət katibi Alyona Serbulenko məlumat verib.

Onun sözlərinə görə, qripdən ölənlərin hamısında A (H1N1) virusu aşkarlanıb. Onlar qripə qarşı vaksin olunmayıblar. Moldovada hazırda qrip xəstəliyinin artma tendensiyası davam edir.

A.Serbulenko əhalini qripə qarşı vaksin olunmağa çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31