60 illik sirr: turistləri şeytanlar öldürdü? - Foto


Bu gün SSRİ tarixində baş verən ən müəmmalı hadisələrdən birinin 60 illiyidir.

Axar.az xəbər verir ki, bu barədə ətraflı məlumatı tarixçi Yadigar Sadıqlı paylaşıb.

60 il öncə baş verən bu müəmmalı hadisəni yada salan Y.Sadıqlı bildirib ki, indiyə qədər həmin hadisənin baş vermə səbəbi bəlli deyil:

"1959-cu il fevralın 2-nə keçən gecə Sverdlovsk vilayətinin Xolatçahl dağı yaxınlığında gecələyən 9 nəfərdən ibarət (rəhbəri İqor Dyatlov) turist qrupu naməlum səbəblərdən təşviş içində çadırı tərk edirlər. Onların meyiti bir neçə günlük axtarışlardan sonra müxtəlif yerlərdə və müxtəlif xəsarətlər almış halda tapılır. Hadisənin baş vermə səbəbi olaraq cin-şəyatindən, yadplanetlilərdən tutmuş sovetin gizli silah tətbiqinə qədər müxtəlif versiyalar irəli sürülür. Lakin hər birinin bir əmması çıxır. Bugünə qədər də qaneedici bir səbəb məlum deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31