21 yaşlı qızın həyatını bir ədəd şokolad xilas etdi - Foto

Anoreksiya xəstəliyi (iştah pozğunluğu) ucbatından ölümlə üz-üzə qalan Enni Vidley adlıq qızın həyatını bir ədəd şokolad xilas edib.

21 yaşlı qız xəstəlik səbəbindən 21 kiloqrama düşüb. Xəstəxanaya yerləşdirilən Enniyə həkimlər "Yemək yeməzsə, ölər" demişdi. Yemək görəndə ürəyi bulanan Vidleyin həyatı bir gecə şokolad istəməsi ilə dəyişib.

Bir ədəd şokolad yedikdən sonra iştahasə açılan qız sonra yavaş-yavaş qidalanmağa başlayıb. Hazırda 45 kiloqram olan Enni kökəlmə anını İnstaqram səhifəsində izləyicilərlə bölüşüb. 
(axşam.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31