Ana yeni doğduğu əkizlərdən birini öldürdü, digərini isə... - DƏHŞƏT
2 Fevral 2019 19:00 Sosialİsveçrədə qadın əkiz uşaqlarından birini öldürüb oyuncaq ayının içində gizlədibi, digərini çirkli paltarların arasında qoyub.
Publika.az xəbər verir ki, qadının bu dəhşətli əməli təsadüfən aşkarlanıb.
23 yaşlı Jelica.S adlı qadın hamilə qaldığını hər kəsdən gizlədib. Əkiz uşağa hamilə qalan qadın onları hamamda dünyaya gətirib. Canlı doğulan uşağın başını divara vuraraq öldürüb. Sonra da oyuncaq ayının içində gizlədib. 31 saat sonra isə ikinci uşaq ölü doğulub. Onu isə çirkli paltarların arasında gizlədib.
Hadisə qadının anasının onu evdə qanr içində görüb xəstəxanaya aparmasından sonra aydınlaşıb.
Şüurunu itirdiyi deyilən qadına bir il həbs cəzası verilib. Hadisə cəmiyyətdə kəskin etiraza səbəb olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31