Xaricdən qadınlara, yoxsa kişilərə daha çox pul göndərilir? - Bölgələr üzrə SİYAHI

Azərbaycanda əhalinin əsas gəlir mənbələri arasında ölkə xaricindən göndərilən ümumi gəlirlərin 0,5%-nə bərabərdir. Yeniavaz.com açıqlanan rəsmi statistikaya istinadən bildirir ki, qadınların gəlirləri arasında ölkə xaricindən göndərilən vəsaitlər kişilərlə müqayisədə daha çox olub. Belə ki, qadınların gəlirləri arasında ölkə xaricindən göndərilən vəsaitlər ümumi gəlirlərin 0,3%-nə, kişilərin gəlirləri arasında ölkə xaricindən göndərilən vəsaitlər isə ümumi gəlirlərin 0,2%-nə bərabər olub. Lakin, bəzi bölgələrdə bunun əksi müşahidə edilib.
Kişilərin gəlirləri arasında ölkə xaricindən göndərilən vəsaitlərin ümumi gəlirlərdəki payı Lənkəran, Abşeron, Kəlbəcər-Laçın və Quba-Xaçmaz  iqtisadi rayonlarında qadınlara göndərilən vəsaitlərin ümumi gəlirlərdəki payından çox olub. Lənkəran bölgəsində yaşayan kişilərin gəlirləri arasında xaricindən göndərilən vəsaitlərin payı 0,8% olduğu halda, qadınlarda bu göstərici 0,4% olub. Abşeronda isə bu göstəricilər kişilərdə 0,3%, qadınlarda 0,2% olub. Kəlbəcər-Laçın və Quba-Xaçmaz iqtisadi rayonlarında yaşayan qadınlara xaricdən pul göndərilməyib. Bu bölgələrdə yaşayan kişilərə xaricindən göndərilən vəsaitlərin ümumi gəlirlərdəki payı müvafiq olaraq 0,1% və 0,2% olub.
Naxçıvan Muxtar Respublikasında həm kişilərin, həm də qadınların gəlir mənbələri arasında xaricindən göndərilən vəsaitlərin payı bərabər olub - 0,1%.
Digər bölgələrdə isə qadınların gəlirləri arasında ölkə xaricindən göndərilən vəsaitlərin ümumi gəlirlərdəki payı kişilərə göndərilən vəsaitlərin ümumi gəlirlərdəki payından çox olub.
Bakı şəhərində qadınlara xaricindən göndərilən vəsaitlərin onların ümumi gəlirlərindəki payı 0,4%-i, kişilərdə isə 01% olub. Aran bölgəsində bu göstərici qadınlarda 0,3%, kişilərdə 0,1%, Şəki-Zaqatala bölgəsində bu göstərici qadınlarda 0,4%, kişilərdə 0,1%, Gəncə-Qazax bölgəsində bu göstərici qadınlarda 0,6%, kişilərdə 0,1% təşkil edib.
Dağlıq Şirvan və Yuxarı Qarabağ bölgələrində isə qadınlara xaricindən göndərilən vəsaitlərin onların ümumi gəlirlərindəki payı 0,1%-i olub, kişilər üzrə isə müvafiq göstərici qeydə alınmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31