“Milli-mənəvi dəyərlərin təbliğində gənclərin rolu” mövzusunda “dəyirmi masa” keçirilib

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Gənclər Gününə həsr olunmuş "Milli-mənəvi dəyərlərin təbliğində gənclərin rolu" mövzusunda "dəyirmi masa" təşkil olunub. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, tədbirdə çıxış edən Aİİ rektoru cənab Ceyhun Məmmədov "dəyirmi masa"iştirakçılarını salamlayaraq, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin inkişaf etdirilməsi istiqamətində aparılan işlər, ölkəmizin inkişafında və milli-mənəvi dəyərlərin zənginləşdirilməsində həyata keçirilən tədbirlər haqqında məlumat verib.

Aİİ rektoru ali tədris müəssisəsinin gənclərdə vətənpərvərlik ruhunun aşılanması istiqamətində müxtəlif tədbirlər həyata keçirdiyini diqqətə çatdırıb.

Aİİ-nin İslamşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Niyazov "İslamda gənclik" mövzusunda çıxış edib. Ə.Niyazov İslam dininin, xüsusilə də Hz. Peyğəmbərin gəncliyə verdiyi əhəmiyyətli bilgilərdən bəhs edib.

AMEA Elm Tarixi İnstitutunun aparıcı elmi işçisi, İqtisadiyyat üzrə fəlsəfə doktoru Amal Həsənli "Azərbaycan gənclərinin milli dövlətçiliyimizin qorunmasında rolu" mövzusu ilə çıxış edərək bildirib ki, milli dövlətçilik dəyərlərinin zənginləşdirilməsi və inkişafı üçünsağlam cəmiyyətəehtiyac vardır.

YAP Suraxanı Rayon Təşkilatı İdarə Heyətinin üzvü Arzu Həsənzadə"Dəyərlərimizdə qadın amili" mövzusunda çıxışı zamanıcəmiyyətimizin  qadına xüsusi önəm verdiyini, onlara hörmət, sevgi, şəfqət, mərhəmətnümayiş etdirdiyinii söyləyib. A.Həsənzadə, həmçinin Ulu ÖndərinAzərbaycan qadınına hər zaman yüksək qiymət verməsindən bəhs edib.  

Azərbaycan İlahiyyat İnstitutunun 1-ci kurs magistri Fərhad Ələkbərov "Milli-mənəvi dəyərlər amili"mövzusunda çıxış edərək, Azərbaycan xalqının milli-mənəvi zənginliklərinin yaşadılması və inkişaf etdirilməsində məhz ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərinin olduğunu vurğulayıb.

"Dəyirmi masa"da milli-mənəvi dəyərlərimizin yaşadılmasında, onun təbliğində genişmiqyaslı fəaliyyəti ilə xalqın  rəğbətini qazanmış  Heydər Əliyev Fondunun  bu sahədə böyük uğurlara imza atdığı da xüsusi vurğulanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31