Tələbə-könüllülər ahıllarla görüşüblər
2 Fevral 2019 13:37 SosialTəhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü proqramının təşkilatçılığı ilə 2 fevral - Gənclər Günü münasibətilə keçirilən "Gəncliyin BİR həftəsi" adlı tədbirdə tələbə-könüllülər ahıllarla görüşüblər. "OLAYLAR"-a nazirlikdən bildirilib ki,
proqramın "Yaşat" istiqaməti çərçivəsində "Üçüncü bahar" təşəbbüs qrupunun təqaüdə çıxmış üzvləri üçün tələbə-könüllülərin ifasında konsert keçirilib. Ahılların asudə vaxtlarını xoş keçirmələri üçün təşkil olunan tədbirdə 30-dan çox qonaq iştirak edib.
"Gəncliyin bir həftəsi" gənc tələbə-könüllülərin şəxsi inkişafının təmin olunması, dünyagörüşlərinin artırılması, asudə vaxtlarının səmərəli dəyərləndirilməsi, könüllülük dəyərlərinin aşılanması məqsədi daşıyır.
"Gəncliyin bir həftəsi"ndə hər gün proqramın 6 istiqaməti ("Yaşa", "Yaşat", "Öyrən", "Öyrət", "Kəşf et", "Zövq al") üzrə təlimlər, görüşlər, intellektual və komanda oyunları, tələbə-könüllülərin ifasında konsert proqramı keçiriləcək.
Tədbir fevralın 2-dək davam edəcək.