Məşhur televiziya aparıcısı vəfat etdi

Rusiyalı məşhur diktor Yevgeniy Suslov dünyasını dəyişib.

Publika.az xəbər verir ki, bu barədə onun həmkarı Alla Danko sosial şəbəkədə yazıb.

"Mərkəzi televiziyanın diktoru Yevgeniy Suslov öldü", - deyə o, sosial şəbəkədə kədərini paylaşıb.

Qeyd edək ki, 82 yaşında dünyasını dəyişən Y.Suslov "Vremya" xəbərlər proqramının, "Qoluboy oqonyok" kimi məşhur verilişin aparıcısı olub. Qırmızı Meydanda hərbi paradı şərh edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31