Kitabların axtarılması və sifarişi asanlaşacaq

EBSCO məlumat bazasının təqdimatı keçirilib

EBSCO məlumat bazasının təqdimatı keçirilib

Olaylar.az xəbər verir ki, Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova təqdimatın AMEA Rəyasət Heyətinin elmi jurnalların monitorinqi və nəşriyyat fəaliyyətinin təkmilləşdirilməsi haqqında Qərarının Tədbirlər planına uyğun olaraq keçirildiyini diqqətə çatdırıb. Tədbirdə EBSCO İnformasiya Xidmətlərinin Türkiyə, Albaniya və MDB ölkələri üzrə təmsilçisi Mehmet Can Soyulmaz çıxış edib. Bildirib ki, EBSCO təkcə ABŞ və Avropada deyil, dünyanın müxtəlif yerlərində nəşr olunan sənədlərin elektron variantlarını ingilis, fransız, ispan, alman, italyan və s. dillərdə oxuculara təqdim edir. Bir neçə ildir fəaliyyət göstərən GOBİ kitabxana sistemi oxucular üçün kitabların axtarılması, sifarişi, daha asan şəkildə əldə edilməsində köməklik edir.

M.Soyulmaz "Taylor Francis", "Cambridge University Press", "Wiley" nəşriyyat evləri haqqında da təlimçiləri məlumatlandıraraq onların xüsusi paketə malik olmaları, impakt faktorları jurnalları satın almaları, yeni nəşrlərlə yanaşı jurnalların arxivini də əldə etmək imkanlarının olduğunu deyib. Həmçinin bu nəşriyyat evlərinin satınalmada əsasən dərnək nəşrlərinə, elm üzrə nobel mükafatçılarının əsərlərinə və s. üstünlük verildiklərini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31