Ukraynada ailəni xilas edən azərbaycanlılara daha bir mükafat - VİDEO

Ukrayna Mədəniyyət Nazirliyi Nikolayev vilayətində yanan avtomobildən üç nəfərdən ibarət ailəni xilas edən azərbaycanlı qardaşlar - Ümid və Sabir Şirinovu mükafatlandırıb. 

Bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb. 

Xatırladaq ki, hadisə yanvarın 19-da Zayçevski kəndi yaxınlığında baş verib. Qardaşlar həyatlarını təhlükəyə ataraq, yanan avtomobildəki ailəni xilas ediblər. 

Yanvarın 25-də Ukraynanın Nikolayev vilayət şurasının rəhbəri Viktoriya Moskalenko Ümid və Sabir Şirinovu "Müqəddəs Nikolay Xaçı" ordeni ilə təltif edib.

milletinsesi.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31