Gəncliyin bir həftəsi”ndə intellektual yarış keçirilir

Təhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü proqramının təşkilatçılığı ilə 2 fevral – Gənclər Günü münasibətilə keçirilən "Gəncliyin bir həftəsi" adlı tədbir davam edir. “OLAYLAR” Təhsil Nazirliyinə istinadən xəbər verir ki, tədbirin üçüncü günü proqramın “Zövq al” istiqaməti çərçivəsində 6 komandanın iştirakı ilə “Breyn rinq” intellektual yarışı keçirilib. Yarışda “Öyrət” komandası qalib olub.

Təhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü proqramının təşkilatçılığı ilə 2 fevral - Gənclər Günü münasibətilə keçirilən "Gəncliyin bir həftəsi" adlı tədbir davam edir. "OLAYLAR" Təhsil Nazirliyinə istinadən xəbər verir ki, tədbirin üçüncü günü proqramın "Zövq al" istiqaməti çərçivəsində 6 komandanın iştirakı ilə "Breyn rinq" intellektual yarışı keçirilib. Yarışda "Öyrət" komandası qalib olub.

"Gəncliyin bir həftəsi" gənc tələbə-könüllülərin  şəxsi inkişafının təmin olunması, dünyagörüşlərinin artırılması, asudə vaxtlarının səmərəli dəyərləndirilməsi, könüllülük dəyərlərinin aşılanması məqsədi daşıyır.

"Gəncliyin bir həftəsi"ndə hər gün proqramın 6 istiqaməti ("Yaşa", "Yaşat", "Öyrən", "Öyrət", "Kəşf et", "Zövq al") üzrə təlimlər, görüşlər, intellektual və komanda oyunları, tələbə-könüllülərin ifasında konsert proqramı keçiriləcək. 

Tədbir fevralın 2-dək davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31