Bu ərazilərə içməli su fasilə ilə veriləcək

Yanvarın 30-da Saray və  Ceyranbatan qəsəbələrinə, həmçinin Binəqədi qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə məlumat "OLAYLAR"-a "Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olub. Bildirilib ki, buna səbəb  magistral su xəttində aparılan yenidənqurma işləridir.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31