Beynəlxalq olimpiadalara hazırlıq komandaları İrana gedib

Riyaziyyat və informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq komandaları İran İslam Respublikasının paytaxtı Tehran şəhərində səfərdədir. “OLAYLAR” Təhsil Nazirliyinə istinadən xəbər verir ki, azərbaycanlı şagirdlər fevralın 2-dək keçiriləcək xüsusi hazırlıq proqramında iştirak edəcəklər.

Riyaziyyat və informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq komandaları İran İslam Respublikasının paytaxtı Tehran şəhərində səfərdədir. "OLAYLAR" Təhsil Nazirliyinə istinadən xəbər verir ki, azərbaycanlı şagirdlər fevralın 2-dək keçiriləcək xüsusi hazırlıq proqramında iştirak edəcəklər.

Bir həftəlik proqram 200-dən çox beynəlxalq olimpiada medalı olan Allameh Helli liseyinin bazasında təşkil edilib.

Proqramda müvafiq fənlər üzrə təcrübəli mütəxəssislər tərəfindən mühazirə, seminar, imtahan və müzakirələr təşkil olunub.

İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi "Azercell Telecom" şirkətinin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstəyi ilə həyata keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31