Akademikdən ustad dərsi
Yanvarın 29-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov Bakı Dövlət Universitetinin (BDU) tarix fakültəsinin tələbələrinə ustad dərsi keçib. Olaylar.az bildirir ki, akademik ustad dərsində “Azərbaycan tarix elmi: dünən, bu gün, sabah” mövzusunda danışıb. Y.Mahmudov qeyd edib ki, Azərbaycan xalqı imperiyalar yaradan, qonşu xalqları idarə edən xalq olub: “Azərbaycanın 5 min illik dövlətçilik tarixi var. Regionun ən qədim dövlətçilik tarixi bizə məxsusdur”.
29 Yanvar 2019 17:42 SosialYanvarın 29-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov Bakı Dövlət Universitetinin (BDU) tarix fakültəsinin tələbələrinə ustad dərsi keçib.
Olaylar.az bildirir ki, akademik ustad dərsində "Azərbaycan tarix elmi: dünən, bu gün, sabah" mövzusunda danışıb. Y.Mahmudov qeyd edib ki, Azərbaycan xalqı imperiyalar yaradan, qonşu xalqları idarə edən xalq olub: "Azərbaycanın 5 min illik dövlətçilik tarixi var. Regionun ən qədim dövlətçilik tarixi bizə məxsusdur".
Y.Mahmudov Azərbaycan gəncliyinə səslənərək bildirib ki, tarixinə sahib çıxmayan xalq məhvə məhkumdur. Tarixinə sahib çıxan xalq isə yenilməzdir.
Tarixçi alim vurğulayıb ki, bu gün təcavüzkar Ermənistanın işğalçılıq siyasətinə qarşı informasiya müharibəsində fəal iştirak edən Tarix İnstitutu Prezident İlham Əliyevin çağırışları, tapşırıq və tövsiyələri ilə mükəmməl elmi araşdırmalar ortaya qoymaqla yanaşı, həm də yeniyetmələr arasında "Tarixi şəxsiyyətlərimizə sahib çıxaq" layihəsini həyata keçirir.
İnstitutun direktoru diqqətə çatdırıb ki, Azərbaycan xalqına sovet dönəmində saxta tarix təqdim olunub. Guya Cənubi Qafqazın aborigen, yəni ən qədim yerli əhalisi ermənilərdir, biz isə Altaylardan köçüb gəlmişik. Belə halların qarşısını almaq məqsədilə İrəvan xanlığının tarixini və uydurma "böyük Ermənistan" nəzəriyyəsinin əleyhinə kitablar çap etdirmişik. "Qarabağ: real tarix, faktlar, sənədlər", "Naxçıvan: tarixi və abidələri", "İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi" və digər kitablar müxtəlif dünya dillərinə tərcümə olunaraq xarici ölkələrdə yayılıb. "Real tarix və "böyük Ermənistan" uydurması" kitabında ilk mənbələr əsasında ermənilərin Kiçik Asiyaya Balkan yarımadasından köçüb gəldikləri, mənşəcə qədim frigiyalılarla qohum etnos olduqları və Asiya qitəsinin aborigen əhalisi olmadıqları göstərilir.
Qeyd edək ki, ustad dərsləri AMEA ilə ali təhsil müəssisələri arasında elmi əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyır.