Bakıda yetkinlik yaşına çatmayan qıza təcavüz... – Şok təfərrüat
29 Yanvar 2019 12:31 SosialBakıda yetkinlik yaşına çatmayan şəxsə təcavüz edilib.Teleqraf.com xəbər verir ki, hadisə Suraxanı rayonunda baş verib.Bakı şəhər sakini Elvin İsmayılov yetkinlik yaşına çatmayan Samirə Məmmədova (ad və soyad şərti verilib - red.) ilə cinsi əlaqədə olub.Daha sonra ona qarşı seksual xarakterli hərəkətlər də edib.Samirə Məmmədovanın valideynləri baş verən hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. Şikayət əsasında Elvin İsmayılov həbs edilib.İstintaq orqanı tərəfindən Elvin İsmayılovun barəsində Cinayət Məcəlləsinin 152.2-ci (on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.Hazırda istintaq tədbirləri davam edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31