Razim Məmmədovun qardaşı da işdən çıxarıldı
29 Yanvar 2019 10:14 SosialXətai rayon İcra hakimiyyətinin sabiq icra başçısı Razim Məmmədovun qardaşı işdən azad olunub.
Unikal.org xəbər verir ki, sabiq icra başçsının Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsinin Kiçik sahibkarlıqla iş şöbəsinin rəhbəri işləyən qardaşı Mübariz Məmmədov işdən çıxarılıb.
Xatırladaq ki, R.Məmmədov ötən ilin dekabrın 13-də Xətai İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31