Siqaret çəkənlərə BƏD XƏBƏR: bu vəzifələrdə işləyə bilməyəcəklər
28 Yanvar 2019 10:11 SosialBu il Türkiyədə həcc və ümrə ziyarətlərinin təşkilində siqaret çəkməyən din səlahiyyətlilərə üstünlük veriləcək.
Publika.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu haqda Türkiyənin Diyanət İşləri Başqanı Əli Ərbaş bildirib.
"Daha sonrakı illərdə siqaretdən istifadə edənlər imtahanlara belə girə bilməyəcək. Bəlkə, daha sonrakı mərhələlərdə din vəzifələri üzrə imtahanlarda siqaret çəkənlər seçilməyəcək. Buna çox əhəmiyyət verirəm", - o deyib.
Diyanət İşləri Başqanı siqaretin əsrin fəlakətləri arasında yer aldğını vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31