Bir mahnını 5000 manata oxuduğunu deyən Mətanət efirdə pərt oldu

(VİDEO)

ATV-də yayımlanan "Zaurla Günaydın" verilişində maraqlı anlar baş verib.

Verilişdə qonaq olan müğənni Mətanət Əsədova "Sevdim" mahnısını min manata oxuduğunu bildirib.

Müğənni əlavə edib ki, hətta mahnıya görə 5 min manat verən də olub. Müğənninin bu sözünə digər qonaq olan tanınmış şair, professor Vüqar Əhmədin cavabı gecikməyib. Şairin "O qədər ağılsız adam var ki" sözləri hər kəsin gülüşünə səbəb olub.

Bu sözlər bir anlıq Mətanətin üzünün mimikasını dəyişib. Ancaq müğənni bu zarafata elə də əhəmiyyət verməyib və şairin sözlərini gülüşlə qarşılayıb. BAKU.WS

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31