Məhlənin yeniyetmələri polisə cağırıldı - Zorlanmış pişiyə görə
26 Yanvar 2019 16:42 SosialArtıq bir neçə gündür ki, zorlanan pişik haqqında məlumat Novorossiysk sakinlərinin əsas müzakirə mövzusudur.
Teleqraf.com Rusiya KİV-ə istinadla xəbər verir ki, sözügedən hadisə ötən ilin dekabr ayında Novorossiyskidə baş verib.
Sakinlər tərəfindən Anap yolunun yaxınlığında yerləşən 39 nömrəli evin həyətində ağır vəziyyətdə can verən pişik tapılıb və dərhal baytar həkiminə çatdırılıb.
Pişiyi müayinə edən veterinar onun təcavüzə məruz qalması ehtimalını təsdiqləyib.
Hadisə ilə bağlı polisə məlumt verən "Mən yaşamaq istəyirəm" Xeyriyyə Cəmiyyəti eyni zamanda zavallı heyvanın xilası üçün müəyyən maliyyə vəsaiti toplamaq məqsədilə elan verir və kifayət qədər pul yığılır.
Yaşanan hadisə artıq yerli mətbuatın da diqqətini çəkmişdi. Media mənsubları işin araşdırılması üçün Novorossiysk şəhər Polis İdarəsinə müraciət ünvanlayır:
"Pişiyə yeniyetmələr tərəfindən təcavüz edildiyi iddiası doğrudurmu?"
İdarənin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilir ki, hadisə ilə bağlı araşdırma başlanılıb.
Pişikdə vaginal yaraların tapıldığını, qarın divarlarının zədələnməsini əsas gətirən polis əməkdaşları məhlənin yeniyetmələrinin ifadəsini alır və hər biri həkim nəzarətində testə cəlb edilir.
Araşdırmanın, eləcə də yeniyetmələrdən götürülmüş test nümunələrinin nəticəsindən məlum olur ki, pişiyə insanlar tərəfindən heç bir zorakılıq edilməyib.
Hesabatda bildirilir ki, pişikdəki ağırlaşdırıcı hal özündən böyük digər cinslərin ona təcavüzü nəticəsində baş verib. Arayışda fəsadların nəqliyyat vasitəsi tərəfindən vurulması, o cümlədən yüksəklikdən düşməsi nəticəsində baş vermə ehtimalı da irəli sürülür.
Polis məhlənin yeniyetmələri ilə bağlı bütün şübhələri təkzib edib.
Lakin bütün bunlara baxmayaraq "Mən yaşamaq istəyirəm!" Xeyriyyə Cəmiyyətinin direktoru Alla Ponomareva araşdırmanın nəticəsindən razı qalmadığını ifadə edib:
"Heyvanlara qarşı qəddarlıq baş verib. Təəssüf edirəm, əməli törədən üzə çıxarılmır..."